"AXA-Mbask" sığorta şirkəti aktivlərini artırıb

"AXA-Mbask" sığorta şirkəti aktivlərini artırıb Şirkət ötən ili mənfəətlə yekunlaşdırıb
Maliyyə
31 Mart , 2016 11:38
AXA-Mbask sığorta şirkəti aktivlərini artırıb

Bakı. 31 mart. REPORT.AZ/ "AXA-Mbask" Sığorta Şirkəti ASC-nin 2015-ci il üzrə gəlirləri 25,109 mln. manat, xərcləri 24,807 mln. manat təşkil edib. "Report"un hesabata istinadən verdiyi xəbərə görə, əvvəlki illə müqayisədə şirkətin gəlirləri 16,1%, xərcləri isə 1% artıb.

Ötən il şirkət 302,615 min manat həcmində mənfəət əldə edib ki, bundan da 60,523 min manatı mənfəət vergisinə yönəldilib. Nəticədə, 2015-ci ili şirkət 242,092 min manatlıq xalis mənfəətlə başa vurub. Qeyd edək ki, 2014-cü ili şirkət 2,934 mln. manat zərərlə yekunlaşdırıb.

Xatırladaq ki, cari ilin əvvəlinə "AXA-Mbask"ın aktivləri 35,331 mln. manat təşkil edib və bu, ötən ilin əvvəli ilə müqayisədə 22% çoxdur. 

Son xəbərlər

Orphus sistemi