"AXA-Mbask"ın aktivləri cüzi artıb

"AXA-Mbask"ın aktivləri cüzi artıb Sığorta şirkətin ilk yarımilliyi zərərlə başa vurub
Maliyyə
3 Oktyabr , 2016 09:52
AXA-Mbaskın aktivləri cüzi artıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ "AXA-Mbask" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 35,602 mln. manat təşkil edib. "Report" sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 0,77% çoxdur.

Son 6 ayda "AXA-Mbask"ın cəmi öhdəlikləri 6,62% artaraq 17,872 mln. manat, cəmi kapitalı isə 4,51% azalaraq 17,73 mln. manat olub.

Şirkətin 2016-cı ilin ilk yarısını 837 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, "AXA-Mbask" 1992-ci ildə "Mbask" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 382 manat olan 51 569 səhm əsasında formalaşıb. Səhmlər 100% Fransanın "AXA" sığorta qrupunun İspaniyadakı törəməsi - "AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi