​Avropa indeksləri artıb

​Avropa indeksləri artıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi tədricən yüksəlir
Maliyyə
28 Aprel , 2015 10:29
​Avropa indeksləri artıb

Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 27-də Amerika fond bazarında Dow Jones indeksində 0,23% azalma müşahidə olunub və 18 037,97 bənd təşkil edib. S&P 500 0,41% geriləyərək 2 108,92 bənd, Nasdaq isə 0,63% azalaraq 5 060,25 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,47% irəliləyərək 7 103,98 bənd, Almaniya DAX-ı 1,93% artaraq 12 039,16 bənd, Fransa CAC-40-ı isə 1,30% yüksələrək 5 268,91 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,74% artaraq 1 200,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0876 (+0,03%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi