Avropa İttifaqı Azərbaycana 563 mln. avro yardım ayırıb

Avropa İttifaqı Azərbaycana 563 mln. avro yardım ayırıb Hazırda 10 tvinninq layihəsi hazırlıq mərhələsindədir
Maliyyə
27 Yanvar , 2016 11:22
Avropa İttifaqı Azərbaycana 563 mln. avro yardım ayırıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu vaxta qədər Avropa İttifaqının xətti ilə Azərbaycana 563 mln. avro həcmində yardım ayrılıb. "Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev deyib ki, təmsil etdiyi Nazirlik tvinninq layihələrinə dəstək verməyə hazırdır: "Tvinninq proqramı çərçivəsində ümumilikdə 43 layihənin reallaşdırılması planlaşdırılıb ki, onun 24-ü artıq bitib, 9-u icra edilir, 10-u isə hazırlıq mərhələsindədir".

Son xəbərlər

Orphus sistemi