Belə ki, sonuncu dəfə oxşar məzənnə ötən ilin sentyabrın 10-da müşahidə olunub. Əsas azalma bu ilin avqust ayında baş verib. Bunun üçün hər hansı daxili amillər rol oynamayıb, bu, yalnız xarici amillərin təsiri altında baş verib. Belə ki, avronun manata qarşı ucuzlaşması dünya bazarında avronun dollara qarşı ucuzlaşması (və ya dolların avroya qarşı bahalaşması) səbəbindən baş verir.
Qeyd edək ki, avronun dollara qarşı olan hər hansı məzənnə dəyişiklikləri yalnız avronun manata olan məzənnəsində əksini tapır, dolların manata qarşı məzənnəsini isə Azərbaycan Mərkəzi Bankı sərt olaraq sabit saxlayır. Bu, həm avronun ucuzlaşması, həm də bahalaşması hallarında müşahidə olunur.