Avronun dollara qarşı məzənnəsi 1,13 həddinə çatıb

Avronun dollara qarşı məzənnəsi 1,13 həddinə çatıb Qərbin əksər fond indeksləri bahalaşıb
Maliyyə
11 Fevral , 2015 09:35
Avronun dollara qarşı məzənnəsi 1,13 həddinə çatıb

Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 10-da Amerika fond bazarında Dow Jones indeksində 0,79% artım müşahidə edilib və 17 868,76 bənd təşkil edib. S&P 500 1,07% artaraq 2 068,59 bəndə, Nasdaq isə 1,30% artaraq 4 787,65 bəndə çatıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında fevralın 9-da FTSE 100 indeksi 0,12% azalaraq 6 829,13 bəndə düşüb, Almaniya DAX-ı 0,85% bahalaşaraq 10 753,51 bəndə yüksəlib. Fransa CAC-40-ı isə 0,96% bahalaşaraq 4 695,65 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,47% ucuzlaşaraq 1 237,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1297(+0,2%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi