Avronun bahalaşması davam edir

Avronun bahalaşması davam edir ABŞ və Avropa fond bazarında indekslər azalır
Maliyyə
22 Avqust , 2015 09:42
Avronun bahalaşması davam edir

Bakı. 22 avqust. REPORT.AZ/ Avqustun 21-də Amerika fond bazarlarında Dow Jones indeksi 3,12% azalaraq 16 459,75 bənd, S&P 500 3,19% ucuzlaşaraq 1 970,89 bənd, Nasdaq isə 3,52% geriləyərək 4 706,04 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,83% geriləyərək 6 187,65 bənd, Fransa CAC-40-ı 3,19% azalaraq 4 630,99 bənd, Almaniya DAX-ı isə 2,95% ucuzlaşaraq 10 124,52 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,27% ucuzlaşaraq 1 159,90 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1386 (+0,93%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi