Avronun bahalaşması davam edir

Avronun bahalaşması davam edir Dünya bazarında əsas Qərb fond İndeksləri artıb
Maliyyə
4 İyun , 2015 08:47
Avronun bahalaşması davam edir

Bakı. 4 iyun. REPORT.AZ/ İyunun 3-də Amerika fond bazarında Dow Jones indeksində 0,36% artım müşahidə olunub və 18 076,27 bənd təşkil edib. S&P 500 0,21% irəliləyərək 2 114,07 bənd, Nasdaq isə 0,45% artaraq 5 099,23 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,32% irəliləyərək 6 950,46 bənd, Fransa CAC-40-ı 0,59% artaraq 5 034,17 bənd, Almaniya DAX-ı isə 0,80% yüksələrək 11 419,62 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,70% azalaraq 1 183,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1270 (+1,004%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi