Avro yenidən ucuzlaşıb

Avro yenidən ucuzlaşıb Qızılın dünya bazarında qiyməti isə 1 170 dollar/unsiya həddinə çatıb
Maliyyə
20 Mart , 2015 09:32
Avro yenidən ucuzlaşıb

Bakı. 20 mart. REPORT.AZ/ Martın 19-da Amerika fond bazarında Dow Jones indeksində 0,65% azalma müşahidə edilib və 17 959,03 bənd təşkil edib. S&P 500 0,49% geriləyərək 2 089,27 bənd, Nasdaq isə 0,19% artaraq 4 992,38 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,25% artaraq 6 962,32 bənd, Almaniya DAX-ı 0,20% ucuzlaşaraq 11 899,40 bənd, Fransa CAC-40-ı isə 0,07% bahalaşaraq 5 037,18 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% artaraq 1 169,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0683 (-0,76%) təşkil edib.

İngilis versiyası Euro falls again

Son xəbərlər

Orphus sistemi