Avro və qızıl ucuzlaşır

Avro və qızıl ucuzlaşır ​Əksər Qərb indeksləri yüksəlib
Maliyyə
28 Avqust , 2015 09:38
Avro və qızıl ucuzlaşır

Bakı. 28 avqust. REPORT.AZ/ Avqustun 27-də Amerika fond bazarlarında Dow Jones indeksi 2,27% artaraq 16 654,77 bənd, S&P 500 2,43% bahalaşaraq 1 987,66 bənd, Nasdaq isə 2,45% irəliləyərək 4 812,71 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,56% irəliləyərək 6 192,03 bənd, Fransa CAC-40-ı 3,49% artaraq 4 658,18 bənd, Almaniya DAX-ı isə 3,18% bahalaşaraq 10 315,62 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,61% azalaraq 1 119,50 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1265 (-0,76%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi