Avro ucuzlaşmağa davam edir

Avro ucuzlaşmağa davam edir Qərbdə əsas fond indeksləri yüksəlib
Maliyyə
9 May , 2015 09:21
Avro ucuzlaşmağa davam edir

Bakı. 9 may. REPORT.AZ/ Mayın 8-da Amerika fond bazarında Dow Jones indeksində 1,49% artım müşahidə olunub və 18191,11 bənd təşkil edib. S&P 500 1,35% irəliləyərək 2 116,00 bənd, Nasdaq isə 1,17% artaraq 5003,55 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 2,32% irəliləyərək 7046,82 bənd, Almaniya DAX-ı 2,65% artaraq 11 709,73 bənd, Fransa CAC-40-ı isə 2,48% irəliləyərək 5090,39 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,38% artaraq 1 187,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1199 (-0, 9%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi