Avro ucuzlaşıb

Avro ucuzlaşıb COMEX-də qızılın bir unsiyasının qiyməti 1 121 dolları üstələyib
Maliyyə
4 Noyabr , 2015 09:38
Avro ucuzlaşıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Noyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,50% bahalaşaraq 17 918,15 bənd, S&P 500 0,27% artaraq 2 109,79 bənd, Nasdaq isə 0,35% irəliləyərək 5 145,13 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,34% bahalaşaraq 6 383,61 bənd, Fransa CAC-40-ı 0,41% artaraq 4 936,18 bənd, Almaniya DAX-ı isə 0,004% irəliləyərək 10 951,15 bənd olub.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,63% bahalaşaraq 1 121,10 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0952 (-0,11%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi