​Avro dollara qarşı 0,1% bahalaşıb

​Avro dollara qarşı 0,1% bahalaşıb Bu gün səhərə COMEX-də qızılın qiyməti 1 292 dollar həddini keçib
Maliyyə
22 Yanvar , 2015 09:36
​Avro dollara qarşı 0,1% bahalaşıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 21-də Amerika fond bazarında Dow Jones indeksində 0,22% yüksəlmə müşahidə edilib və 17 554,28 bənd təşkil edib. S&P 500 0,47% artaraq 2 032,12 bəndə, Nasdaq isə 0,27% artaraq 4 667,42 bəndə çatıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 21-də FTSE 100 indeksi 1,63% artaraq 6 728,04 bəndədək, Almaniya DAX-ı 0, 41% artaraq 10 299,23 bəndədək, Fransa CAC-40-ı isə 0,87% artaraq 4 484,82 bəndədək artıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,94% bahalaşaraq 1 292,30 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1593 (+0,1%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi