"Atrabank"ın aktivləri kəskin artıb

"Atrabank"ın aktivləri kəskin artıb Problemli kreditlərin həcmi illik müqayisədə 12% artıb
Maliyyə
5 Noyabr , 2015 17:09
Atrabankın aktivləri kəskin artıb

Bakı. 5 noyabr. REPORT.AZ/ "Atrabank" ASC-nin aktivləri illik müqayisədə 76,16% artaraq cari il oktyabrın 1-nə 120,3 mln. manata çatıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 58% artaraq 65,6 mln. manat olub. Kredit portfelinin 70,13%-i və ya 45,9 mln. manatı milli valyutada verilib. Manatla kreditləşmədə ötən ilin eyni dövrü ilə müqayisədə 23,03% artım müşahidə olunub. Bu müddətdə istehlak kreditləşməsi də 3,1 dəfə artaraq 34,7 mln. manata yüksəlib.

Hesabata əsasən, oktyabrın 1-nə kredit portfelinin 19%-nin və ya 12,5 mln. manatının ödəniş vaxtı keçib. Problemli kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,92% artıb.

Depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 45,87% artaraq bu ilin oktyabrın 1-nə 24,2 mln. manat, o cümlədən əhalinin əmanətləri 43,96% artaraq 21,5 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin 31,8%-i və ya 6,8 mln. manatı milli, 68,2%-i və ya 14,7 mln. manatı xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, cari il okyabrın 1-nə "Atrabank"ın nizamnamə kapitalı 45,6 mln. manat, məcmu kapitalı 50,511 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi