​“Atra Bank” nizamnamə kapitalını artırıb

​“Atra Bank” nizamnamə kapitalını artırıb “Atra Bank” ilin sonuna kimi kapitalını 50 mln. manata çatdırmaq niyyətindədir
Maliyyə
21 Oktyabr , 2014 11:50
​“Atra Bank” nizamnamə kapitalını artırıb
Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Atra Bank” ASC nizamnamə kapitalını 27,75 mln. manata çatdırıb. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Oktyabrın 20-nə olan məlumata görə, Bankın nizamnamə kapitalı 23,24% və ya 6,448 mln. manat artırılaraq 27,748 mln. manata çatdırılıb.

Qeyd edək ki, “Atra Bank” ASC rəhbərliyi məcmu kapitalını ayın sonuna kimi 35 mln. manata, ilin sonuna kimi isə 50 mln. manata çatdıracağını deyib.

Son xəbərlər

Orphus sistemi