"Atəşgah Həyat" sığorta şirkəti 95 min manat birdəfəlik ödəniş edib

"Atəşgah Həyat" sığorta şirkəti 95 min manat birdəfəlik ödəniş edib Birdəfəlik ödəniş istehsalatda aldığı zədə nəticəsində əlillik dərəcəsi almış şəxsə verilib
Maliyyə
8 Yanvar , 2015 13:03
Atəşgah Həyat sığorta şirkəti 95 min manat birdəfəlik ödəniş edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın "Atəşgah Həyat" sığorta şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 95 min manatdan artıq birdəfəlik ödəniş edib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, ödəniş Bakıda fəaliyyət göstərən sənaye müəssisələrindən birində çalışan, istehsalatda aldığı zədə nəticəsində əlillik dərəcəsi almış əməkdaşına verilib.

Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 95 139 manat təşkil edib.

Qeyd edək ki, "Atəşgah Həyat" sığorta şirkəti həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

Son xəbərlər

Orphus sistemi