"​AtaSığorta” nizamnamə kapitalını artırır

"​AtaSığorta” nizamnamə kapitalını artırır Şirkət yeni səhm emissiyasına hazırlaşır
Maliyyə
30 Oktyabr , 2014 13:07
​AtaSığorta” nizamnamə kapitalını artırır
Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın “AtaSığorta” ASC 4,6 mln. manat həcmində səhm emissiyasına hazırlaşır. Bu barədə "Report"a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bu  günlərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaSığorta"nın kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 25 manat olan 184 min ədəd adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. Şirkətin artıq noyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə şirkətin nizamnamə kapitalı təxminən 46% artaraq 14,5 mln. manata çatacaq.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 mln. manat olan şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısı olan "AtaSığorta"nın xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

Son xəbərlər

Orphus sistemi