Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısında "Atasığorta" ASC-nin daxilolmaları 4 768 614 manat təşkil edib.
Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,65% azdır.
Hesabat dövründə "Atasığorta"nın ödənişləri də azalıb. Belə ki, şirkət 6 ay ərzində 1 594 885 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 17,32% azdır.
2016-cı ilin yanvar-iyununda "Atasığorta" topladığı hər 100 manat sığorta haqqının 33,45 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 36,96% olub.