​"AtaSığorta" xalis mənfəətini açıqlayıb

​"AtaSığorta" xalis mənfəətini açıqlayıb Mənfəət vergisi 680 293,2 manat olub
Maliyyə
29 Mart , 2016 10:14
​AtaSığorta xalis mənfəətini açıqlayıb

Bakı. 29 mart.REPORT.AZ/ "AtaSığorta"ASC -nin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatına əsasən həmin tarixdə tamamlanan il üzrə şirkətin cəmi gəlirləri 17 mln. 170,3 min manat, xərcləri 15 mln. 251,8 min manat təşkil edib.

"Report"un hesabata əsasən verdiyi xəbərə görə, maliyyə mənfəəti 1 mln. 918,5 min manata çatıb. Mənfəət vergisi isə 680 293,2 manat olub ki, nəticədə hesabat dövründə şirkətin xalis mənfəəti 1 mln. 238,2 min manat təşkil edib.

Qeyd edək ki, 31 dekabr 2015-ci il tarixinə şirkətin cəmi aktivləri 31 mln. 681,7 min manat olub. 

Son xəbərlər

Orphus sistemi