"Atasığorta"nın aktivləri bu il cüzi artıb

"Atasığorta"nın aktivləri bu il cüzi artıb Şirkət ilin 1-ci yarısını 1,67 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
8 Sentyabr , 2016 10:50
Atasığortanın aktivləri bu il cüzi artıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu il, iyulun 1-nə "Atasığorta" ASC-nin cəmi aktivləri 31,86 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 0,56% çoxdur.

Son 6 ay da "Atasığorta"nın cəmi kapitalı 10,77% artaraq 17,171 mln. manat, cəmi öhdəlikləri isə 9,22% azalaraq 14,689 mln. manat olub.

2016-cı ilin yanvar-iyun aylarında Şirkətin gəlirləri 7,644 mln. manat, xərcləri 5,974 mln. manat təşkil edib. Son nəticədə "Atasığorta" ilin 1-ci yarısını 1,67 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi