​"Atasığorta"da vəzifəli şəxs işdən çıxıb - YENİLƏNİB

​"Atasığorta"da vəzifəli şəxs işdən çıxıb - YENİLƏNİB Bu barədə Şirkətdən məlumat verilib
Maliyyə
17 Avqust , 2016 11:54
​Atasığortada vəzifəli şəxs işdən çıxıb - YENİLƏNİB

İlk xəbər saat 11:22-də verilib

Bakı. 17 avqust. REPORT.AZ/ "Atasığorta" ASC-nin daxili audit xidmətinin rəhbəri Kənan Qəniyev işdən çıxıb. Bu barədə "Report"a Şirkətdən bildirilib.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.

K.Qəniyevin "Azərbaycan Sənaye Sığorta" ASC-nin daxili audit xidmətinə rəhbərlik edəcəyi gözlənilir. Lakin yeni təyinat Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmalıdır. Palatanın bu məsələyə yaxın bir həftə ərzində razılıq verəcəyi gözlənilir.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 10 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 400 000 səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur. 

"Azərbaycan Sənaye Sığorta" isə 2008-ci ildə yaradılıb və "Azersun Holding" MMC-yə daxildir. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi