​“AtaBank”ın aktivləri I yarımillikdə 5% artıb

​“AtaBank”ın aktivləri I yarımillikdə 5% artıb Bankın kredit portfelinin həcmi 10% artıb
Maliyyə
26 Avqust , 2014 10:14
​“AtaBank”ın aktivləri I yarımillikdə 5% artıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın “AtaBank” ASC-nin aktivləri ilin əvvəlindən 5,4 % artaraq 2014-cü il iyulun 1-nə 395,3 mln. manat olub.

Bankdan “Report”a verilən məlumata görə, aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım olub. Nəticədə, kredit portfelinin həcmi 9,8% artaraq 265,5 mln. manata çatıb.

Hesabat dövründə bankın depozit portfeli 2,4% artaraq 250,0 mln. manat təşkil edib.

Bununla yanaşı, ilin əvvəlindən nizamnamə kapitalı 18,7 % artıb və 44,5 mln. manat olub.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC hazırda 25 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakıda, 13-ü isə bölgələrdə yerləşir.

Son xəbərlər

Orphus sistemi