Bakı. 4 iyul. REPORT.AZ/ "Atabank" ASC-nin səhmdarlarının ənənəvi illlik yığıncağı keçirilib. Bankdan "Report"a verilən məlumata görə, yığıncaqda "Atabank"ın 2015-ci ildə əldə etdiyi 6,113 mln. manat xalis mənfəətin 950 min manatı və ya 15,5%-nin (hər səhm üzrə 0,38 manat) səhmdarlara dividend şəklində ödənilməsinə qərar verilib.
Xatırladaq ki, "Atabank" 1993-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20 manat olan 2,5 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 76%-i "Ata Holdinq"ə, 24%-i isə fiziki şəxslərə məxsusdur.