"AtaBank" manat əmanətlərini bahalaşdırıb

"AtaBank" manat əmanətlərini bahalaşdırıb "AtaBank" bir illik əmantlər üzrə gəlirliyi 12%, 5 illik - 16% edib
Maliyyə
27 Fevral , 2015 11:29
AtaBank manat əmanətlərini bahalaşdırıb

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gündən etibarən “AtaBank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırıb. Artıq müştərilər bir il müddətinə illik 12%, 5 il müddətinə isə illik 16% dərəcəsi ilə əmanət yerləşdirə bilər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan başqa, “Yığım” əmanəti üzrə gəlirlik illik 1 faiz bəndi artırılıb.

Məlumatda deyilir ki, “AtaBank” manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını “Manata dəyər verək” şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək.

Qeyd edək ki, “AtaBank” ASC-nin 2014-cü ilin sonuna aktivləri 580,3 mln. manat, əmanət portfeli 511,0 mln. manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 166,0 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi