​"AtaBank"ın yeni filialı açılıb

​"AtaBank"ın yeni filialı açılıb 1993-cü ildən fəaliyyət göstərən "AtaBank"ın 26 filial və şöbəsi var
Maliyyə
25 May , 2015 13:21
​AtaBankın yeni filialı açılıb

Bakı. 25 may. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda “AtaBank” ASC-nin yeni filialının ("Gənclik" filialı) açılışı olub. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Koroğlu Rəhimov küçəsi,3a ünvanında yerləşən filial fiziki və hüquqi şəxslərə bütün növ bank xidmətləri göstərir.

Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, kreditlər, əmanətlərin qəbulu, müxtəlif plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi və s. təklif olunur.

"Gənclik" filialı bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC-nin 26 filial və şöbəsi var.

Son xəbərlər

Orphus sistemi