​“AtaBank” hacılar üçün aksiya keçirir

​“AtaBank” hacılar üçün aksiya keçirir Azərbaycanın "AtaBank” ASC qarşıdan gələn Qurban Bayramı münasibəti ilə Həcc ziyarətində olan şəxslərə
Maliyyə
29 Sentyabr , 2014 11:31
​“AtaBank” hacılar üçün aksiya keçirir
Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın "AtaBank” ASC qarşıdan gələn Qurban Bayramı münasibəti ilə Həcc ziyarətində olan şəxslərə bəzi xidmətlərini pulsuz təqdim edəcək. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Kampaniya çərçivəsində müştərilər Səudiyyə Ərəbistanında iki həftə ərzində POS-terminal vasitəsilə aparacaqları ödəniş və nağd pulun çıxarılması, ATM-dən nağd pulun çıxarılması, həmçinin konvertasiya əməliyyatlarına görə 0% komissiya ödəyəcəklər.

Kampaniya oktyabrın 10-dək davam edəcək.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi