​“AtaBank” ASC “3D Secure” texnologiyasının tətbiqinə başlayıb

​“AtaBank” ASC “3D Secure” texnologiyasının tətbiqinə başlayıb "Visa" kartlarını əhatə edən bu xidmət yaxın vaxtlarda “MasterCard” üçün də keçərli olacaq
Maliyyə
20 Oktyabr , 2014 15:08
​“AtaBank” ASC “3D Secure” texnologiyasının tətbiqinə başlayıb
Bakı. 20 oktyabr. REPORT.AZ/ Müştərilərin ödəniş kartları ilə internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “AtaBank” ASC “3D Secure” texnologiyasının aktiv tətbiqinə başlayıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

“3D Secure” texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq mütləqdir).

Qeydiyyatdan sonra, “3D Secure” texnologiyasını dəstəkləyən saytlarda (bir qayda olaraq, “Verified By Visa” loqotipi ilə işarələnir) alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq, birdəfəlik şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət pulsuzdur.

Bank yaxın zamanda “MasterCard” sahibləri üçün də “3D Secure” texnologiyasını istifadəyə verəcək.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi