Asiya İnkişaf Bankı Nepala 40 mln. dollar ayırıb

Asiya İnkişaf Bankı Nepala 40 mln. dollar ayırıb ADB-nin Direktorlar Şurasının 50-ci toplantısı 2017-ci ilin mayında Yaponiyada keçiriləcək
Maliyyə
4 May , 2015 16:38
Asiya İnkişaf Bankı Nepala 40 mln. dollar ayırıb

Bakı. 4 may. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Direktorlar Şurasının bu gün Bakıda keçirilən iclasında Nepala 40 mln. dollar həcmində maliyyə yardımının göstərilməsinə dair qərar qəbul olunub. "Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib: "Bu yardımlar davam edəcək".

S.Şərifov deyib ki, tədbirdə bununla yanaşı gündəlikdə olan bəzi məsələlər öz təsdiqini tapıb: "ADB-nin Direktorlar Şurasının 50-ci toplantısının 2017-ci ilin may ayında Yaponiyada keçirilməsi qərara alınıb".

Xatırladaq ki, Direktorlar Şurasının 49-cu iclası 2016-cı il mayın 2-5-də Frankfurt şəhərində (Almaniya) keçiriləcək.

Son xəbərlər

Orphus sistemi