ARDNF tender elan edib

ARDNF tender elan edib Tender tibbi sığorta xidmətlərinin satın alınması məqsədi ilə keçirilir
Maliyyə
25 Oktyabr , 2016 09:14
ARDNF tender elan edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tibbi sığorta xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 22-dək, tender təklifi və bank təminatını isə dekabrın 1-dək təqdim etməlidirlər.

Təkliflərə dekabrın 2-də, saat 11:00-da ARDNF-in Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasında baxılacaq. 

Son xəbərlər

Orphus sistemi