ARDNF-in icraçı direktoru ilə BVF nümayəndə heyəti arasında görüş keçirilib

ARDNF-in icraçı direktoru ilə BVF nümayəndə heyəti arasında görüş keçirilib Görüşdə ilk əvvəl xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib
Maliyyə
29 Yanvar , 2016 20:01
ARDNF-in icraçı direktoru ilə BVF nümayəndə heyəti arasında görüş keçirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan "Report"a verilən məlumata görə, görüşdə ilk əvvəl xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib. Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makroiqtisadi vəziyyətinin sabit və dayanıqlı olması vurğulanıb.

Görüş zamanı tərəflər arasında Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş iqtisadi strategiya çərçivəsində Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidi, bu sahədə Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi