ARDNF bu il AÇG və "Şahdəniz" layihələrindən 1,8 mlrd. dollar qazanıb

ARDNF bu il AÇG və "Şahdəniz" layihələrindən 1,8 mlrd. dollar qazanıb İndiyədək Fonda 121,4 mld. dollar vəsait daxil olub
Maliyyə
7 İyun , 2016 17:52
ARDNF bu il AÇG və Şahdəniz layihələrindən 1,8 mlrd. dollar qazanıb

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,865 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 1,801 mlrd. dolları AÇG-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il iyunun 1-dək ARDNF-ə AÇG-dən 118,869 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.

Son xəbərlər

Orphus sistemi