Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta hərracını keçirib. ARDNF-dən "Report"a verilən məlumata görə, hərraca 50 mln. ABŞ dolları çıxarılıb və 31 banka satılıb.
"İl ərzində hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək" - deyə, Fonddan bildirilib.