​"Aqrolizinq" sığortaçı axtarır

​"Aqrolizinq" sığortaçı axtarır Şirkət bu məqsədlə tender elan edib
Maliyyə
16 Avqust , 2016 10:18
​Aqrolizinq sığortaçı axtarır

Bakı. 16 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC ona məxsus kənd təsərrüfatı texnikalarının sığortalanması ilə bağlı tender keçirir. "Report" xəbər verir ki, tender traktorlar və özüyerən texnikaya sığorta təminatı verilməsini nəzərdə tutur.

Tenderdə iştirak haqqı 500 manatdır. İddiaçılar lazımi sənədləri sentyabrın 21-nə qədər, tender təklifləri və 2%-lik bank təminatını isə sentyabrın 29-na qədər Tender Komissiyasına təqdim etməlidirlər.

Tender təkliflərinə sentyabrın 30-da "Aqrolizinq"in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12 ünvanında yerləşən ofisinin konfrans zalında baxılacaq.

Son xəbərlər

Orphus sistemi