"Aqrolizinq" tender keçirir

"Aqrolizinq" tender keçirir Müsabiqə kənd təsərrüfatı texnikasının sığortalanması məqsədi ilə keçirilir
Maliyyə
21 Oktyabr , 2016 10:35
Aqrolizinq tender keçirir

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Aqrolizinq" ASC kənd təsərrüfatı texnikasının sığortalanmasının satın alınmasına dair tender keçirir.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, tender 1 lot üzrə keçirilir.

Tender barədə əlavə məlumat əldə etmək istəyənlər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12 ünvanına müraciət edə bilərlər. Müsabiqədə iştirak haqqı 300 manat təşkil edir. 

Müsabiqə üçün bütün zəruri sənədlər, tender təklifi və bank zəmanəti 5 dekabr saat 17:00-dək təqdim olunmalıdır. Təkliflər 6 dekabr saat 15:00-da "Aqrolizinq" ASC-nin konfrans zalında açılacaq.

Son xəbərlər

Orphus sistemi