​“Amrahbank”ın yeni regional filialı açılıb

​“Amrahbank”ın yeni regional filialı açılıb Bu, sayca "Amrahbank”ın 23-cü filialıdır
Maliyyə
24 Oktyabr , 2014 11:46
​“Amrahbank”ın yeni regional filialı açılıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Amrahbank” ASC-nin Goranboy şəhərində filialı fəaliyyətə başlayıb. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Açılış mərasimində çıxış edən Bankın İdarə Heyətinin sədri Emil Həsənov bu filialın "Amrahbank”ın sayca 23-cü olduğunu bildirib. Şəhərin S.Civəzadə küçəsi,37 ünvanında yerləşən filialda həm fiziki, həm də korporativ müştərilərə bütün növ bank xidmətləri göstəriləcək.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hazırda 23 filiali və 1 şöbəsi fəaliyyət göstərən Bank paytaxtla yanaşı Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionları da əhatə edir.

Bu ilin 9 ayının nəticələrinə görə, “Amrahbank”ın məcmu kapitalı 56 mln. manatı keçib, xalis mənfəət 5 mln. manat olub. Bank ilin sonuna qədər xalis mənfəətini 7 mln. manata çatdırmaq niyyətindədir.

Xatırladaq ki, Bəhreyn Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi