​"Amrahbank" yeni ofisə köçür

​"Amrahbank" yeni ofisə köçür "Amrahbank" rəhbərliyi Bankın baş ofisinin sökülməsi ilə bağlı xəbərləri təkzib edir
Maliyyə
19 Noyabr , 2014 13:54
​Amrahbank yeni ofisə köçür
Bakı. 19 noyabr. REPORT.AZ/ "Amrahbank" ASC-nin Bakı şəhərinin Xətai rayonunda yerləşən baş ofisinin sökülməsi barədə yayılan məlumatlar Bank tərəfindən təkzib olunub. "Report"un qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, "Amrahbank"ın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli bildirib ki, Bank barədə yayılan məlumatlar tamamilə yanlışdır. 

Bank rəsmisinin sözlərinə görə, yeni binaya köçmək üçün şəhər rəhbərliyi tərəfindən lazımi vaxt verilib: "Hər gün olduğu kimi bu gün də işimizin başındayıq. “Amrahbank”ın baş ofisi sökülməyib, şəhər rəhbərliyi ilə razılığa əsasən, yeni yerə köçür. Bütün işlər yekunlaşdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək".

Bankın Xətai rayonunda yeni baş ofisinin tikildiyini və bütün infrastrukturun hazır olan kimi, yeni ofisə köçəcəklərini deyən N.Cəfərli hazırda yeni ünvanda hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu açıqlayıb.

N.Cəfərli Bankda ötən ilə nisbətən 30%-dən çox artım olduğunu önə çəkərək “Amrahbank”ın öz gəlir göstəricisinə, inkişafına görə Azərbaycandakı aparıcı üç bankdan biri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi