​"Amrahbank" kapitalını 50% artırır

​"Amrahbank" kapitalını 50% artırır Bununla bağlı qərar bankın səhmdarlarının toplantısında qəbul edilib
Maliyyə
1 Avqust , 2016 15:06
​Amrahbank kapitalını 50% artırır

Bakı. 1 avqust. REPORT.AZ/ "Amrahbank" ASC nizamnamə kapitalını 50,2% və yaxud 20 mln. manat artıracaq. 

"Report" Banka istinadən xəbər verir ki, bununla bağlı qərar "Amrahbank"ın səhmdarlarının iyulun 26-da keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Kapital artımı üçün Bankın İdarə Heyətinə müvafiq tapşırıqlar verilib. Bu baş tutarsa, "Amrahbank"ın kapitalı 39 844 400 manatdan 59 844 400 manata yüksələcək.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 100 manat olan 398 444 səhmi var. Səhmlərin 54,16%-i fiziki şəxslərə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur. 

Son xəbərlər

Orphus sistemi