"Amrahbank" daha bir beynəlxalq ödəniş sisteminə qoşulub

"Amrahbank" daha bir beynəlxalq ödəniş sisteminə qoşulub Bu təcili pul köçürmələri sistemi üzrə müxtəlif valyutada ödəniş etmək mümkündür
Maliyyə
19 May , 2015 15:55
Amrahbank daha bir beynəlxalq ödəniş sisteminə qoşulub

Bakı. 19 may. REPORT.AZ/ "Amrahbank" ASC "Contact" təcili pul köçürmələri sistemi üzərindən xidmət göstərməyə başlayıb. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Bankdan bildirilib ki, MDB və digər ölkələrə pulköçürmə imkanları, rəsmiləşdirmənin sadəliyi, aşağı komissiya xərcləri "Contact" təcili pul köçürmələri sisteminin üstünlüklərindəndir.

"Contact" təcili pul köçürmələri xidmətindən “Amrahbank”ın bütün filiallarında faydalanmaq mümkündür. Bundan başqa, bankda "Western Union", "Zolotaya Korona", "Blizko", "Monex", "Caspian Money Transfer" sistemləri ilə də həm yerli, həm də beynəlxalq pul köçürmələri xidmətlərindən istifadə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi