"Amrah Sığorta"nın daxilolmaları kəskin azalıb

"Amrah Sığorta"nın daxilolmaları kəskin azalıb Şirkətin yığım/ödəniş göstəricisi 59,1%-dən 41,6%-ə düşüb
Maliyyə
27 İyul , 2016 14:28
Amrah Sığortanın daxilolmaları kəskin azalıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında "Amrah Sığorta" ASC-nin yığımları 44 552 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə azdır.

Hesabat dövründə "Amrah Sığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 6 ay ərzində 63 088 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 4,2 dəfə azdır.

2016-cı ilin yanvar-iyun aylarında "Amrah Sığorta" topladığı hər 100 manat sığorta haqqının 41,61 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk yarısında 59,09% olub.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 200 manat olan 25 000 səhm əsasında formalaşıb. Səhmlərim 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi