​AMFA: Azərbaycanın mikrokreditləşmə bazarında vəziyyət sabitləşir

​AMFA: Azərbaycanın mikrokreditləşmə bazarında vəziyyət sabitləşir Jalə Hacıyeva: "Bazarda kimin qalıb-qalmayacağı ilin sonuna qədər müəyyənləşəcək"
Maliyyə
1 İyul , 2016 15:27
​AMFA: Azərbaycanın mikrokreditləşmə bazarında vəziyyət sabitləşir

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanda mikrokreditləşmə sahəsində vəziyyət sabitləşməyə başlayıb. 

Bunu "Report"a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, indi mikrokredit verən banklardan, eləcə də bank olmayan kredit təşkilatlarından (BOKT) alınmış borclara görə ödənişlər qaydasına düşmək üzrədir: "Doğrudur, tərəddüd edən müştərilər də var. Hələ də, gözləyirlər ki, dollar kreditlərinə güzəştlər ediləcək, amma böyük əksəriyyət kreditləri qaytarmaqdadır, mövcud vəziyyətə uyğunlaşıb. Son nəticədə qayıdan vəsaitlər hesabına banklar və BOKT-lar manatla kredit verməyə başlayıb. Təbii ki, kreditləşmə Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi məsuliyyətli kreditləşmə siyasətinə uyğun həyata keçirilir və AMFA olaraq bunu dəstəkləyirik".

J.Hacıyeva həmçinin deyib ki, yeni iqtisadi şəraitdə BOKT-ların konsolidasiyaya getmək məsələsi ancaq ilin sonuna aydınlaşacaq: "BOKT-ların səhmdarları hələ ki, konsolidasiya barədə düşünmürlər və buna hazır deyillər. Hələ ki, mikromaliyyə sahəsində biznesi olanlar radikal addımlarla bazarda qalmağa çalışırlar. Yəgin ki, ilin sonuna qədər kimin bazarda qalacağı, kimin bu sektoru tərk edəcəyi məlum olacaq".

Son xəbərlər

Orphus sistemi