​Amerika fond indeksləri ucuzlaşıb

​Amerika fond indeksləri ucuzlaşıb Avropa bazarında isə indekslər artıb
Maliyyə
17 Dekabr , 2014 09:35
​Amerika fond indeksləri ucuzlaşıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 16-da Amerika fond bazarında Dow Jones indeksində 0,65% azalma müşahidə edilib və 17 068,87 bənd təşkil edib, S&P 500 0,85% - 1 972,24 bəndədək, Nasdaq isə 1,24% - 4 547,83 bəndədək azalıb.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 16-da FTSE 100 indeksi 2,41% - 6 331,83 bəndədək, Almaniya DAX-ı 2,46% - 9 563,89 bəndədək, Fransa CAC-40-ı isə 2,19% - 4 093,20 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 197,60 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2537 dollar (+0,9%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi