AMB yenidən valyuta bazarına alıcı qismində çıxıb

AMB yenidən valyuta bazarına alıcı qismində çıxıb Sabahkı rəsmi məzənnənin 1,5095 AZN/USD-yə kimi yüksəlməsi mümkündür
Maliyyə
3 May , 2016 11:09
AMB yenidən valyuta bazarına alıcı qismində çıxıb

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən ABŞ dollarının satışı həyata keçiriləcək. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. dollar çıxardığı müəyyənləşib.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin təklifdən artıq olması ehtimal edilir və AMB-nin yenidən manat intervensiyasına gedəcəyi gözlənilir: "Belə olacağı halda, sabah, mayın 4-nə rəsmi məzənnənin 1,5095 AZN/USD səviyyəsinə kimi yüksəlməsi mümkündür. Nağd valyuta bazarında da alış-satış məzənnəsinin cüzi artması gözlənilir".

Qeyd edək ki, ARDNF tərəfindən valyuta hərracına çıxarılan pulun bir hissəsini artıq Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən alınıb.

Xatırladaq ki, bügünkü rəsmi məzənnə 1,5066 AZN/USD təşkil edir.

Son xəbərlər

Orphus sistemi