AMB-nin banklara yardımı davam edib

AMB-nin banklara yardımı davam edib Keçən illə müqayisədə bankların öhdəliyi 3 dəfə artıb
Maliyyə
11 İyul , 2016 20:39
AMB-nin banklara yardımı davam edib

Bakı 11 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəliyi iyun ayının 1-nə 6 945,7 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, öhdəliyin həcmi mayın 1-nə olan göstərici ilə müqayisədə 638,3 mln. manat və ya 10,1% artıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 701,3 mln. manat və ya 3,1 dəfə artıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-ə öhdəlikləri 1 065,1 mln.manat və ya 19,8% artım göstərib.

Son xəbərlər

Orphus sistemi