AMB ikinci depozit hərracında 50 mln. manat vəsait cəlb edib

AMB ikinci depozit hərracında 50 mln. manat vəsait cəlb edib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96 % olub
Maliyyə
4 İyul , 2016 15:29
AMB ikinci depozit hərracında 50 mln. manat vəsait cəlb edib

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 98,5 mln. manat olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96 % təşkil edib. Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək.

Qeyd edək ki, bundan əvvəl 13 iyunda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş ilk hərracın nəticələrinə görə, cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat edib. Ortaölçülmüş faiz dərəcəsi illik 6,49% olub.

"Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə yönəlib", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, depozit hərracının müddəti 1 aydır.

AMB-nin ilkin anonsuna əsasan, ümumilikdə 150 mln. manatın cəlb edilməsi planlaşdırılırdı, faiz dərəcəsinin isə 4,01-6,99% arasında olacağı gözlənilirdi. Lakin faktiki olaraq AMB cəlb etməyə planlaşdırdığı vəsaitin 86%-i həcmində resurs cəlb edə bilib.

"Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb. AMB bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcək və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcək", - deyə AMB-dən bildirilib.   

Son xəbərlər

Orphus sistemi