AMB bu gün dolların məzənnəsini azaldacaq

AMB bu gün dolların məzənnəsini azaldacaq "Report": Martın 14-nə rəsmi məzənnə 1,6410-1,6420 AZN/USD diapazonunda olacaq
Maliyyə
11 Mart , 2016 13:17
AMB bu gün dolların məzənnəsini azaldacaq

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında Azərbaycan Dovlət Neft Fondu tərəfindən satışa çıxarılan 200 mln. ABŞ dolları həcmində valyuta kütləsinə kommersiya bankların faktiki tələbatı 34% səviyyəsində - 68 mln. dollar olub. 

"Report" xəbər verir ki, hərracda alqı-satqı sövdələşmələri 1,6410-1,6420 AZN/USD məzənnə diapazonunda aparılıb. Nəticədə, banklar hərracda 68 mln. dollar alıb ki, bu da əvvəlki hərraclarla müqayisədə tələbatın 3-4 dəfə azaldığını göstərir.

"Report"un analitik qrupu hesab edir ki, bununla əlaqədar AMB-nin dolların martın 14-nə rəsmi məzənnəsini 0,2%-ə yaxın azaldacağı və 1,6410-1,6420 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi