​AMB: Bayramla əlaqədar Mərkəzi Bankın iş qrafikində dəyişiklik nəzərdə tutulmayıb

​AMB: Bayramla əlaqədar Mərkəzi Bankın iş qrafikində dəyişiklik nəzərdə tutulmayıb Namiq Əliyev: "Kommersiya bankları isə iş qrafikini özləri müəyyən edir"
Maliyyə
15 Mart , 2016 14:52
​AMB: Bayramla əlaqədar Mərkəzi Bankın iş qrafikində dəyişiklik nəzərdə tutulmayıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının Novruz bayramı günlərindəki iş qrafikində bayramla əlaqədar heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Bunu “Report”un sorğusuna cavab olaraq AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirilb: "Qeyri-iş günləri qüvvədə qalır".

"Kommersiya banklarının iş qrafiki, yəni bayram və qeyri-bayram günləri bankların özləri tərəfindən müəyyən edilir", - deyə N.Əliyev qeyd edib. 

AMB rəsmisi əlavə edib ki, banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində həyata keçirilir. Bununla yanaşı, turizm xidməti göstərən obyektlərdə, xüsusilə mehmanxana və hava limanlarında valyuta mübadilə ehtiyaclarının operativ qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir.

"Ölkəyə gələn turistlər hotellər, ictimai iaşə və digər xidmət obyektlərində ödənişləri POS-terminallar vasitəsilə həyata keçirə, nağd vəsaitə ehtiyacı olanlar isə bankomatlar vasitəsilə nağd pula olan tələbatlarını ödəyə bilərlər", - deyə N.Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi