​“Alfa Sığorta” müştərilərinə 518 min manat ödəyib

​“Alfa Sığorta” müştərilərinə 518 min manat ödəyib Bu ilin 9 ayı ərzində “Alfa Sığorta” ASC-da sığortalanmış avtomobillərlə bağlı 408 sığorta hadisəsi baş verib. Bu barədə
Maliyyə
13 Oktyabr , 2014 13:52
​“Alfa Sığorta” müştərilərinə 518 min manat ödəyib
Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində “Alfa Sığorta” ASC-da sığortalanmış avtomobillərlə bağlı 408 sığorta hadisəsi baş verib. Bu barədə “Report”a “Alfa Sığorta”nın baş ofisindən məlumat daxil olub.

Həmin hadisələrdən 196-sı müvafiq qaydada tənzimlənib və onlar üzrə “Alfa Sığorta” tərəfindən cəmi 518 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Baş vermiş 408 hadisədən 63-də dəymiş zərər azadolma məbləğindən az olub və buna görə də onlarla bağlı heç bir ödəniş həyata keçirmək mümkün olmayıb. Qeyd edək ki, “Alfa Sığorta” şirkətinin tətbiq etdiyi azadolma məbləğinin maksimal məbləği 100 manat təşkil edir.

Hazırda 74 sığorta hadisəsi üzrə işlər icraatdadır ki, onların da ümumi sığorta ödənişi təqribən 150 min manat təşkil edəcək.

Sığorta qanunvericiliyinin tələblərinə əsaslanaraq 408 hadisədən cəmi 17 hadisə ilə bağlı sığorta ödənişinin həyata keçirilməsindən imtina edilib.

Qalan 58 hadisədə, zərərvuran qarşı tərəf olduğu üçün, “Alfa Sığorta”da sığortalanmış avtomobillərə dəymiş zərərin məbləği zərərvuran və ya onun sığortaçısı tərəfindən ödənilib və bu işlərlə bağlı sığortalılar tərəfindən heç bir iddia irəli sürülməyib.

Son xəbərlər

Orphus sistemi