​“Alfa Sığorta” şirkətində Tibbi sığortalıların sayı 2000 nəfərdən artıqdır

​“Alfa Sığorta” şirkətində Tibbi sığortalıların sayı 2000 nəfərdən artıqdır Şirkətin əməkdaşlıq etdiyi apteklər sığortalıları dərman preparatları ilə təchiz edir
Maliyyə
28 Noyabr , 2014 16:43
​“Alfa Sığorta” şirkətində Tibbi sığortalıların sayı 2000 nəfərdən artıqdır

Bakı. 28 noyabr. REPORT.AZ/ “Alfa Sığorta” ASC-də Tibbi sığortalıların sayı 2000 nəfərdən artıqdır. Bu barədə "Report"a sığorta şirkətinin baş ofisindən məlumat verilib.

Məlumata görə, tibbi sığorta növü üzrə aktiv fəaliyyətə ilin əvvəllərindən başlanılmasına baxmayaraq, bu sahə şirkətin yığımlarına müsbət təsir edib. Buraxılmış tibbi sığorta müqavilələri üzrə təminat altına alınmış şəxslərin sayı 2000 nəfərdən çoxdur və bunlar da əsasən korporativ müştərilərin əməkdaşları və onların ailə üzvləridir.

Həmçinin şirkətin əməkdaşlıq etdiyi apteklər 24/7 rejimi ilə sığortalıları dərman preparatları ilə təchiz edir.

Son xəbərlər

Orphus sistemi