Bakı. 17 may. REPORT.AZ/ Bu il iyunun 14-də “Alfa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, yığıncağın gündəliyinə “Alfa SIğorta”nın 2015-ci il üzrə maliyyə hesabatlarının təsdiqi və digər məsələlər daxildir.
İclas saat 11:00-da “Alfa Sığorta” ASC-nin baş ofisində (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi,1131, “Babək Plaza” İş Mərkəzinin C bloku, VI mərtəbə ) baş tutacaq.