​"Alfa Sığorta"nın daxilolmaları 58% azalıb

​"Alfa Sığorta"nın daxilolmaları 58% azalıb Şirkətin həyata keçirdiyi ödənişlər isə 4% azalıb
Maliyyə
13 İyun , 2016 11:31
​Alfa Sığortanın daxilolmaları 58% azalıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində "Alfa Sığorta" ASC-nin toplam yığımları 1,024 mln. manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58% azdır.

Hesabat dövründə "Alfa Sığorta"nın ödənişləri də cüzi azalıb. Belə ki, şirkət 5 ay ərzində 652,4 min manat ödəniş həyata keçirib və bu, illik müqayisədə 3,7% azdır.

Cari ilin ilk 5 ayında "Alfa Sığorta" topladığı hər 100 manat sığorta haqqının 63,7 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-may aylarında 27,8% olub.

Son xəbərlər

Orphus sistemi